"Facilitator School" layihəsinin son mərhələsi

 "Facilitator School" layihəsinin son mərhələsi olan refleksiya forumu Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilmişdir.

Son olaraq layihə iştirakçılarına fasilitator sertifikatları təqdim olunmuşdur.

Artıq iştirakçılarmız təmsil etdikləri regionlarda gənclər üçün müxtəlif təlimlərə start vermişdir.

Layihəsinin əsas məqsədi regionda qeyri-formal təhsil sahəsində gənc fasilitatorları yetişdirmək və bu istiqamətdə onların potensialını artırmaqdan ibarətdir.

Digər tərəfdən layihə qeyri-formal təhsil istiqamətində beynəlxalq şəbəkə yaratmaq və fasilitatorlar birliyi təsis etməklə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

Layihə Beynəlxalq ViseGrad Fondunun dəstəyi, SYTEV - Slovak Youth for Traveling, Education and Volunteering, European Youth Centre Břeclav (European Youth Centre Břeclav), Collegium Balticum təşkilat və universitetləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.