"İdarəçilikdə Sən" layihəsinin ilk təlimlərinə start verilir
17.2.23
Əziz Gənclər
"İdarəçilikdə Sən layihələrin yazılması və idarəçiliyi" məktəbi layihəsinin ilk təlimlərinə start veririk.
İlk təlimlər 18-19 fevral tarixlərində keçiriləcəkdir.
Təlimçimiz isə "Təlimçilik Akdemiyası"nın təsisçisi, Karyera və Şəxsi İnkişaf üzrə Təlimçi və Mentor Fəxrəddin Abdullayev olacaq.
17-25 yaş aralığında olan gəncləri əhatə edən layihənin əsas məqsədi, gənclərə düzgün layihə yazmaq və yazılmış layihələrin düzgün və müasir metodlarla idarə edilməsini aşılamaqdır.
Qeyd edək ki, layihə Gənclər Fondunun maliyyə dəstəyi və NAYORA-nın təşkilati dəstəyi ilə həyata keçirilir.