Əziz gənclər!
Şəhid Futbolçu NƏRİMAN ƏLİZADƏNİN Xatirəsinə Həsr olunmuş Gənclər Arası Mini Futbol Turnirinə start verilir.
Layihənin əsas məqsədi Biləsuvarda yaşayan gənclərin idmana marağını artırmaq və asudə vaxtlarını səmərəli keçirmələrini təmin etməkdir.
14-17 yaş arası məktəblilər layihədə iştirak edə biləcəklər.
Son qeydiyyat tarixi: 14.02.2023
Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun "İdeyanı reallaşdır 2022" fərdi qrant müsabiqəsinin qalib layihələrindən biridir və Azərbaycan Gənclər Fondu və "Müasir Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin, Biləsuvar Gənclər Evinin və Biləsuvar rayon gənclər və idman idarəsinin təşkilati dəstəyi ilə həyata keçirilir.