Azərbaycan Respublikası Gənclər
Fondunun dəstəyi, NAYORA-nın Gənclər Təşkilatlarlarının Fəaliyyətlərinin
Dəstəklənməsi Proqramı - 2.0 çərçivəsində Müasir Gənclərin İnkişafına Dəstək
İctimai Birliyi tərəfindən keçirilən “İdarəçilikdə Sən” layihəsi fəaliyyətini
yekunlaşdırıb.
17-25 yaş aralığında olan gəncləri
əhatə edən layihənin əsas məqsədi, gənclərə düzgün layihə yazmaq, yazılmış
layihələrin düzgün və müasir metodlarla idarə edilməsini aşılamaqdan ibarət
olub.
Gənclər Təşkilatlarının Resurs
Mərkəzində keçirilən layihə ümumilikdə 6 fazadan ibarət olub 1 ay müddətində
davam etmişdir.
Təlimlər zamanı 20 gəncə layihələrin
müasir metodlarla idarə edilməsi, layihə nədir və problemin düzgün qoyuluşu,
fəaliyyət planın yazılması, Vişeqrad və Avropa Gənclər Fondu kimi beynəlxalq
donorlara layihələrin yazılması, idarəçilikdə Çeviklik (Agile), Şəlalə
(Waterfall) və digər modellərin tədbiqi kimi təlimlər keçirilmişdir.