NƏRİMAN ƏLİZADƏNİN xatirəsinə həsr olunmuş gənclər arası mini futbol turniri layihəsinin 1/8 final mərhələsinin 4 oyunu keçirildi
6.3.23
"İdeyanı reallaşdır 2022" fərdi müsabiqəsinin qalibi olmuş, Şəhid futbolçu NƏRİMAN ƏLİZADƏNİN xatirəsinə həsr olunmuş gənclər arası mini futbol turniri layihəsinin 1/8 final mərhələsinin 4 oyunu keçirildi. İlk oyun N.Gəncəvi adina 1 saylı tam orta və Nərimankənd kənd tam orta məktəbləri arasında keçirildi. Oyun N.Gəncəvi adına 1 saylı tam orta məktəb 5-2 Nərimankənd kənd tam orta məktəb hesabı ilə başa çatdı. Daha sonra ardıcıl olaraq 3 oyun keçirildi. Ş.Qurbanov adına 2 saylı tam orta məktəb 7-1 Yuxarı Cürǝli kənd tam orta məktǝb. Nəsimikənd kənd tam orta məktəb 2-7 Əsgərabad kənd tam orta məktəb,Ağayrı kənd tam orta məktəb 5-6 Dərvişli kənd tam orta məktəb hesabları ilə başa çatmışdır.