NƏRİMAN ƏLİZADƏNİN xatirəsinə həsr olunmuş gənclər arası mini futbol turniri layihəmizin 1/4 final mərhələsi keçirilmişdir









"İdeyanı reallaşdır 2022" fərdi müsabiqəsinin qalibi olmuş, Şəhid futbolçu NƏRİMAN ƏLİZADƏNİN xatirəsinə həsr olunmuş gənclər arası mini futbol turniri layihəmizin 1/4 final mərhələsinin son oyunlarının fotolarını təqdim edirik.
İlk oyunda Xırmandalı kənd 1 saylı tam orta və Ə. Eynullayev adına 4 saylı tam orta məktəbləri arasında baş tutub. Yarımfinal mərhələsi uğrunda gərgin mübarizə Xırmandalı kənd 1 saylı tam orta məktəbin 6-3 hesablı qələbəsi ilə yekunlaşıb. Günün ikinci qarşılaşması isə Dərvişli kənd tam orta və Əsgərabad kənd tam orta məktəbləri arasında baş tutub. Oyun 7-4 hesabı ilə Dərvişli kənd komandasının qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, layihə Gənclər Fondunun maliyyə dəstəyi, "Müasir Gənclərin İnkişafına Dəstək" ictimai birliyinin təşkilatçılığı, Biləsuvar rayon Gənclər və İdman idarəsi və Biləsuvar Gənclər Evinin tərəfdaşlığı ilə həyata keçirilir.