"İdeyanı reallaşdır 2022" fərdi müsabiqəsinin qalibi olmuş, Şəhid futbolçu NƏRİMAN ƏLİZADƏNİN xatirəsinə həsr olunmuş gənclər arası mini futbol turniri layihəmizin 1/4 final mərhələsinin oyunlarının fotolarını təqdim edirik.
İlk oyunda Bağbanlar kənd tam orta və Xırmandalı kənd 2 saylı tam orta məktəbləri üz-üzə gəliblər. Oyun 10-3 hesabı ilə Xırmandalı kənd 2 saylı tam orta məktəbin qələbəsi ilə yekunlaşıb. Günün digər oyunu isə marağla gözlənən N.Gəncəvi adına 1 Saylı və Ş.Qurbanov adına 2 saylı tam orta məktəbləri arasında olub. Gərgin keçən oyun 5-1 hesabı ilə N.Gəncəvi adına 1 saylı məktəbin qələbəsi ilə yekunlaşıb. Beləliklə Xırmandalı kənd 2 saylı tam orta və N.Gəncəvi adına 1 saylı tam orta məktəbləri yarımfinal mərhələsinə vəsiqə qazanıblar
Qeyd edək ki, layihə Gənclər Fondunun maliyyə dəstəyi, "Müasir Gənclərin İnkişafına Dəstək" ictimai birliyinin təşkilatçılığı, Biləsuvar rayon Gənclər və İdman idarəsi və Biləsuvar Gənclər Evinin tərəfdaşlığı ilə həyata keçirilir.