Sosial sahibkarlıq üzrə İdeyalaşdırma Düşərgəsi başa çatmışdır.
UNDP təşkilatçılığı ilə həyata keçirilən düşərgədə 3 gün ərzində ölkənin 15 şəhərindən 70-ə qədər sosial sahibkar, sosial yönümlü biznes və vətəndaş cəmiyyəti təşkilatı bir araya gələrək öz ideyaları üzərində çalışıblar.
İdeyalaşdırma düşərgəsinin məqsədi sosial çətinliklərə innovativ biznes həlləri yaratmağa dəstək göstərməkdir.
Sözügedən fəaliyyətlər Avropa İttifaqının maliyyə dəstəyilə həyata keçirilmişdir.