Əziz gənclər, "Gənc Təhsil Tədqiqatçıları" layihəsi ilə qarşınızdayıq

Layihə çərçivəsində gənclər qeyri-formal təlim metodologiyalarından istifadə etməklə müasir tədqiqat alətlərindən istifadə etməkdə səriştələr əldə edəcəklər. Layihəmiz boyunca “Müasir gənc tədqiqatçı necə olmalıdır?” və “Müasir gənc tədqiqatçıya hansı biliklər lazımdır?” suallarına ətraflı cavab tapacaqlar.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Müasir Gənclərin İnkişafına Dəstək" ictimai birliyinin təşkilatçılığı ilə həyata keçirilir.