Azərbaycan Qadını Elmdə” (Azerbaijani Women in Science) təşkilatı “Müasir Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi ilə tərəfdaşlıq şəraitində “Fantastik dördlük“ adlı 13-18 yaşlı məktəbli qızlar üçün təhsil proqramı layihəsinin icrasına başlayır. Həyata keçiriləcək layihə cari ilin dekabr və növbəti ilin fevral aylarını əhatə edəcək.
💡 Layihənin məqsədi nədir?
Layihə seçilmiş 4 rayonda - Biləsuvar, Masallı, Lənkəran və Lerikdə 13-18 yaş aralığında olan məktəbli qızlara müxtəlif təlim sessiyaları təşkil etməklə onlarda elmə, təhsilə maraq yaratmaq, həmçinin gələcəyin ixtisasları, xaricdə təhsil, texniki və mühəndislik sahəsində biliklərini artırmaqla gənc qızların təhsilli olması, onları gələcək həyatlarında təhsilin əhəmiyyəti haqqında maarifləndirməkdir. Maarifləndirmə prosesinə qızların valideynlərinin də cəlb olunması nəzərdə tutulur.
🖊️ Layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində həyata keçirilir.
🔖 Layihə haqqında:
Layihə iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə seçilmiş 4 rayonda informasiya texnoloqiyaları, sahibkarlıq, marketinq, şəxsi inkişaf və karyera seçimi, xaricdə təhsil, vaxtın idarə olunması, gender bərabərliyi, psixologiya və hüquqi istiqamətdə canlı təlimlər təşkil ediləcək.
🔖 Layihənin ikinci mərhələsi bütün ölkəni əhatə edəcək və onlayn formatda olacaq.
📍 Qeyd: 2021-ci tədris ilində artıq 11-ci sinfi bitirmək üzrə olan şagirdlər də layihəyə müraciət edə bilər.
📌 Layihənin əhatə etdiyi regionlar: Lənkəran, Lerik, Biləsuvar, Masallı
Qeydiyyat üçün link səhifəmizin bioqrafiya bölməsində yerləşdirilmişdir.
Qeydiyyat üçün son tarix: 17.12.2021 ( 00:00),
Keçirilmə müddəti: 17.12. 2021 – 10.02. 2022
Uğurlu namizədlər növbəti mərhələ haqqında məlumatı e-mail və ya telefon zəngi ilə əldə edəcəklər.
Layihə ilə bağlı suallarınız üçün awisforum@gmail.com e-poçtuna müraciət edin