Əziz və sevimli Gənclər 

"Müasir Gənclərin İnkişafına Dəstək" ictimai birliyi "İdarəçilikdə Sən layihələrin yazılması və idarəçiliyi" məktəbi layihəsini elan edir


Layihə müddətində gənclərə;
✓Düzgün fəaliyyət planın yazılması,
✓Vişeqrad və Avropa Gənclər Fondları kimi Beynəlxalq donorlara layihələrin yazılması,
✓ İdarəçilikdə Çeviklik (Agile) və Şəlalə(Waterfall) və digər modellərin tədbiqi,
✓ Layihə hesabatlarının düzgün verilməsi,
✓ Layihə idarəçiliyində data anlayışı və datadan düzgün istifadə kimi təlimlər keçiriləcəkdir.
Təlimlər bitdikdən sonra layihə iştirakçıları yerli gənclər təşkilatlarında onlayn və ya oflayn olmaqla 1 aylıq təcrübə proqramı keçəcəklər. Təcrübə zamanı gənclər təlimlərdə keçdikləri bilgiləri praktiki tədbiq etmiş olacaqlar.
Qeyd edək ki, layihə Gənclər Fondunun maliyyə dəstəyi və NAYORA-nın təşkilati dəstəyi ilə həyata keçirilir.
