NƏRİMAN ƏLİZADƏNİN xatirəsinə həsr olunmuş mini futbol turniri layihəsinin III yer uğrunda və final oyunu keçirilmişdir











Gənclər Fondunun maliyyə dəstəyi, "Müasir Gənclərin İnkişafına Dəstək" ictimai birliyinin təşkilatçılığı,Biləsuvar rayon Gənclər və İdman idarəsi və Biləsuvar Gənclər Evinin tərəfdaşlığı ilə həyata keçirilən Şəhid futbolçu NƏRİMAN ƏLİZADƏNİN xatirəsinə həsr olunmuş gənclər arası mini futbol turniri layihəsinin III yer uğrunda və final oyunu keçirilmişdir.
İlk oyunda Xırmandalı kənd 1 saylı tam orta və Dərvişli kənd tam orta məktəbləri arasında III yer uğrunda mübarizə apardılar. Oyun 4-0 hesabı ilə Xırmandalı kənd 1 Saylı tam orta məktəbin qələbəsi ilə yekunlaşdı. Günün ikinci oyunu marağla gözlənilən Final oyunu oldu. Oyun N.Gəncəvi adına 1 saylı tam orta və Xırmandalı kənd 2 saylı tam orta məktəbləri arasında keçirildi. Son dəqiqəyə qədər gərgin mübarizə şəraitində keçən oyunun əsas vaxtı 3-3 hesabı ilə yekunlaşdı. Əlavə vaxtı da komandalar 3-3 hesabı ilə bitirdi. Qalibi penaltilər seriyası bəlli etdi. Penaltilər seriyasını 2-1 hesabı ilə N.Gəncəvi adına 1 saylı tam orta məktəbin qalibiyyəti ilə başa çatdı. Beləliklə N.Gəncəvi adına 1 saylı tam orta məktəb Turnirin Çempionu adını qazandı🏆🤩
Daha sonra isə layihənin mükafatlandırma mərasimi baş tutmuşdur.
Qeyd edək ki, layihə "İdeyanı reallaşdır 2022" fərdi müsabiqəsinin qalibi olmuşdur.